Ruhəngiz Qasımova ilə vida mərasiminin yeri dəyişdirildi

 

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq.

Qeyd edək ki, o, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. Onun nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

0.1367609500885