Qardaşının xanımı ilə eşq yaşayan şahzadə kimdir? - Fotolar

 

Demokratikmusavat.com. xəbər verir ki, Danimarka kral ailəsinin üzvləri arasında yaşanan gərginliklə bağlı Avropa mediası məqalə dərc edib.

İspaniyanın "Vanitatis El Confidencial" və "Daily Mail" nəşri 53 yaşlı şahzadə Yoahimin qardaşının həyat yoldaşı, 54 yaşlı vəliəhd şahzadə Frederiklə eşq yaşadığını iddia edib.

Keçən həftə Danimarka kraliçası Marqret nəvələrini kral titullarından məhrum etmək qərarını açıqlayıb, söhbət Yoahimin övladlarından gedir. 2023-cü il yanvarın 1-dən Yoahimin oğulları və qızı qraf və qrafinya olacaq və “Əlahəzrət” deyil, “Əlahəzrətləri” titullarına sahib olacaqlar.

Şahzadə Yoahim açıq şəkildə anasının hərəkətini tənqid edib və bildirib ki, onun kiçik qızı artıq belə bir qərardan əziyyət çəkib - onu məktəbdə ələ salıblar, çünki o, artıq şahzadə deyildi. Yoahim də bu xəbəri ictimaiyyətə açıqlamadan cəmi beş gün əvvəl bildiyindən şikayətlənib. Bundan əlavə, şahzadə və onun 46 yaşlı həyat yoldaşı şahzadə Mari vəliəhd şahzadə Frederik və həyat yoldaşı Meri ilə çətin münasibətləri olduğunu etiraf edib.

"Vanitatis El Confidencial"a görə, şahzadələr həqiqətən də uzun müddətdir ki, barışmırlar və münaqişənin səbəbi Yoahimin qardaşının arvadına aşiq olmasıdır. İddialara görə, dünyəvi qəbulların birində o, hətta onu təhqir edib.

"Kraliça Marqretin kiçik oğlu qardaşının arvadını dodaqlarından öpmək istəyərkən açıq-aşkar sərxoş olub. Həmin an Şahzadə Mari hər şeyi görüb" deyə, ispan nəşri yazıb. 

Qeyd edək ki, 2004-cü ildə Frederikin toyundan qısa müddət sonra Danimarka tabloidləri artıq Yoahimin qardaşının arvadına olan gizli sevgisi haqqında yazmışdı.

0.11952304840088