Almaniya “Şimal axını” boru kəmərlərindəki partlayışlarla bağlı araşdırmaya başladı

 

Almaniyada Federal Baş Prokurorluğun Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmaya başladığı bildirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Federal Baş Prokurorluğun ölkə mətbuatına verdiyi açıqlamada, ən azı iki partlayış nəticəsində iki təbii qaz boru xəttinin qəsdən zədələndiyinə dair kifayət qədər konkret göstəricilərin olduğu bildirilib.

Qeyd edək ki, sentyabrın 26-da baş verən partlayışlar nəticəsində “Şimal axını 1”in iki xətti və “Şimal axını 2”nin A xəttində təzyiq azalıb, təbii qaz sızması yaşanıb.

Rusiya və bir çox Qərb ölkələri hadisələri təxribat kimi qiymətləndirib.

0.14586997032166