Ruhəngiz Qasımova ilə vida mərasimi oktyabrın 12-də Heydər məscidində keçiriləcək.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.
Mərhum bəstəkarın nəşinin çərşənbə günü Honkonqdan gətiriləcəyini vurğulayan T.İmanov qeyd edib ki, dəfn mərasimi də elə həmin gün Yasamal qəbiristanlığında başa tutacaq:
“Ruhəngiz xanım həyat yoldaşının yanında dəfn ediləcək”.