Fazil Mustafa: "...Ora həm də səngərdir"

 



"Avropa Şurasında asıq erməni sifətlərini görəndə qələbənin dəyərini daha dərindən hiss edirsən. Bu məkanda artıq şikayətçi onlardır, narazı onlardır. Hər cür təxribata əl atırlar, Azərbaycanı saxta videolarla qaralayırlar, əleyhimizə qərarlar çıxarmağa çalışırlar. Ancaq Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətimizin hər bir üzvü ən kiçik detal, atmaca, cümlə ilə bağlı həssaslıq göstərir, əks arqumentlərlə erməni-fransız-başqa soysuzlar birliyinin həmlələrini dəf etməyə çalışır. Vətən üçün, Qarabağ üçün harada mübarizə, müzakirə varsa, ora həm də səngərdir. Hər bir azərbaycanlı öz səngərində vicdanla xidmət göstərsə, hansı dünya gücü olursa olsun, çökdürə bilməyəcək bizi!"

Demokratikmusavat.com

0.41927599906921