Xərçəng xəstəliyinə tutulan Aygün Bəylərin vəziyyəti necədir?

 

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Aygün Bəylər səhhəti ilə əlaqədar yaxın günlərdə Türkiyəyə müayinəyə gedəcək. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Bizim.Media-ya müğənninin köməkçisi məlumat verib. 

“Şükürlər olsun ki, hazırda Aygün xanımın vəziyyəti yaxşıdır və müalicəsini davam etdirir. Oktyabrın 10-da Türkiyəyə müayinəyə gedəcəyik”, - deyə Xalq artistinin köməkçisi bildirib. 

0.40754699707031