"Sizsiz təsəvvür etmək mümkün deyil"- Kim Çen Putin haqda bunları dedi

 

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə 70 illik yubileyi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə KCNA agentliyi məlumat yayıb. Bildirilib ki, Kim Çen mesajında Putinə xoş arzularını çatdırıb:

“Uzun illər prezidentliyin ağır məsuliyyətini öz üzərinizə götürərək, çalışqan fəaliyyətinizlə güclü Rusiya qurmaq kimi böyük strateji məqsədə çatmaqda mühüm uğurlar əldə etdiniz.
Rusiya, dövlətin reputasiyasını və əsas maraqlarını ABŞ və onun tabeliyində olan təhdidlərə qarşı qətiyyətlə müdafiə edir. Belə bir reallığı sizin görkəmli rəhbərliyiniz və güclü iradəniz olmadan təsəvvür etmək mümkün deyil”,- o deyib.

Şimali Koreya lideri məktubunda həmçinin Moskva-Pxenyan münasibətlərinə də toxunub:

“Biz şadıq ki, 2019-cu ildə Vladivostokda keçirilən ilk görüşdə əldə olunan razılaşma ilə Koreya və Rusiya arasında ənənəvi ikitərəfli dostluq və əməkdaşlıq heç vaxt olmadığı qədər möhkəmlənib".

Kim Çen təbrikində Putinlə şəxsli əlaqələrinin Koreya-Rusiya dostluğunun davamlı şəkildə möhkəmləndirilməsində və inkişafında daha böyük rol oynayacağına ümid etdiyini bildirib.

Məktubun sonunda Kim Çen Rusiya liderinə sağlamlıq, xoşbəxtlik və "Rusiyanın firavanlığı yolunda məsuliyyətli işində" uğurlar arzulayıb.

Billurə

 

0.16568517684937