Paralel.az " xəbər verir ki, bu bar ..."> Paralel.az " xəbər verir ki, bu bar ...">

ABŞ-a qaçmağa çalışan rusiyalılar Alyaskada saxlanıldı

 

Rusiyadan ABŞ-a qaçmağa çalışan iki nəfər Alyaska ştatında saxlanılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Ankoric Deyli Nyus” məlumat yayıb.

Bildirilib ki, onlar Müqəddəs Lavrentiya adasından ABŞ-a keçməyə cəhd ediblər.

“Bu, bizim üçün sürpriz oldu, lakin hər hansı axın gözləmirik”, - deyə ştat qubernatoru Mayk Danliv bildirib.

Öz növbəsində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məhbuslarla bağlı sualı Daxili Təhlükəsizlik Nazirliyinə yönləndirib. O, rusların sığınacaq istəyib-istəmədiyini və ya onun verilə biləcəyini söyləməyib.(Axar.az)

0.14525318145752