Bakıda yaşıllıqların sahəsi 3-4 dəfə artırılacaq

 

"Bakı Bulvarı ərazisinin 2040-cı ilə qədər genişləndirilməsi, paytaxtda yaşıllıqların sahəsinin, təxminən, 3-4 dəfə artırılması nəzərdə tutulur".

Demokratikmusavat.com xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Bakıda yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır", - o deyib.

0.43217182159424