Rusiya Ermənistanın suverenliyini əlindən almaq istəyir - Joxavurd

 

“Rusiya Ermənistanın suverenliyini əlindən almaq istəyir. Bu təhlükədən xilas olmaq üçün təcili Qərbə üz tutmalıyıq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ermənistanın “Joxavurd” qəzeti məlumat verib.

Mətbu orqanın yazdığına görə, Nikol Paşinyan bu günlərdə komanda yoldaşları ilə söhbətində yeni tezislər təqdim edib. 

Tezislərdə deyilir: "Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də biz onunla vidalaşıb Avropa və Amerikaya üz tutmalıyıq". 

"Məhz bunun nəticəsidir ki, son günlərdə hökumətdə anti-Rusiya əhval-ruhiyyəsi vüsət alaraq yayılır. Paşinyanın anti-Rusiya təbliğatından reallıq hissini itirən Kommunist Partiyasının üzvləri Rusiya ilə bütün əlaqələri yavaş-yavaş qırıb avropalılara və amerikalılara öz sevgilərini göstərməli olduqlarını belə gizlətmirlər”, - qəzet yazır.

Qeyd edilir ki, Ermənistanın Rusiyadan üz döndərməsi, ağır nəticələrə gətirib çıxara bilər.

Mürtəza
Demokratikmusavat.com

0.1281099319458