Yasamaldakı qətlin təfərrüatı - "Nakolka Bəxtiyar"ı küçədə öldürdülər

 

Yasamalda tanışını qətlə yetirməkdə təqsirli bilinən Rövşən Abdullayevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, 1990-cı il təvəllüdlü Abdullayev Rövşən Atım oğlu şəxsi mübahisə zəminində 1974-cü il təvəllüdlü Quliyev Bəxtiyar Əliabbas oğlunu bıçaqlayıb.

Bıçaq zərbələrindən ciddi xəsarət alan Bəxtiyar Quliyev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

Hadisənin səhərisi günü cinayəti törətməkdə şübhəli bilinən Rövşən Abdullayev könüllü polisə gələrək təslim olub.

İş üzrə dindirilmiş Rövşən Adbullayev ifadəsində bildirib ki, hadisə baş verən günü axşam saat 23:00 radələrində evə gələn zaman qonşuluqda yaşayan Əzizə adlı qadın onu çağıraraq Bəxtiyarla pivə içməyi təklif edib. O, içəri daxil olduqda qadının keçmiş ərini orda görüb və onunla bir bakal pivə içib. Pivə qurtarandan sonra Bəxtiyar ondan içki alıb ala bilməyəcəyini soruşanda Rövşən cibindən 5 manat çıxararaq Əzizəyə uzadıb. Əzizə isə həmin pulu Ä°sa adlı xalası oğluna verib. Oda mağazaya gedərək 2 şüşə pivə alıb gəlib. 

Rövşən ifadəsinin davamında bildirib ki, həmin pivələri içib qurtardıqdan sonra Bəxtiyar ona kobud şəkildə çıxıb getməsini və özünün yatmaq istədiyini deyib. Rövşən isə buna etiraz edərək onu bura Əzizənin çağırdığını deyib. 

"Mənə kobud şəkildə dedi ki, dur get burdan. Dedim elə niyə daşınırsan ki? Çağırmısız sonrada kobudluq edirsən. Mənə qayıtdı ki, mən elə mənəm. Mənədə "nakolka Bəxtiyar" deyəllər. Məndə dedim ki, kim olmusan eee nakolka vuran olmusanda içəridə. Əyildim ki, stəkanı götürüm yerdən qəfildən yumruq atdı mənə".

Bəxtiyar Rövşənin sifətinə yumruq vurduğu zaman oda ona yurmuq atıb və əlbəyaxa olublar. Həmin vaxt anası və Əzizənin xalası gəlib onları ayıraraq çölə çıxarıblar.  

Rövşən bildirib ki, aldığı xəsarətlərdən sol qaş nahiyyəsindən qan gəlib və sifətində ağrılar hiss edib. Oradan uzaqlaşaraq internet kafeyə gedib. Təxminən 1 saat sonra Bəxtiyar onun arxasında gəlib yanına çağırıb. Lakin o, Quliyevdən qorxduğu üçün küçəyə qaçıb. Bəxtiyar onun arxasınca gələrək söyüşlər söyüb. Rövşən dayanıb arxaya baxdıqda Bəxtiyarın əlində bıçaq dalınca gəldiyini görüb. Bəxtiyar ona yaxınlaşıb bıçaqla sağa-sola zərbələr atan vaxt əli ilə kəsici alətin ucundan tutub. Bıçağı Quliyevin əlindən aldıqdan sonra həmin an həyəcanlı və sərxoş olduğu üçün onun bədəninin hansı nahiyyələrinə zərbələr vurması yadında qalmayıb. Sonuncu aldığı xəsarətlərdən yerə yıxılıb. Rövşən isə evə tərəf gedərək bıçağı həyətdə atıb. Anasına və Əzizə Quliyevaya Bəxtiyarı yolda vurduğunu bildirib. Həmin gecə Gəncə şəhərinə gedib. Sahə müvəkkili ona zəng edib Bəxtiyarı öldürdüyünü deyəndən sonra bakıya gələrək polisə təslim olub.

Məhkəmə porosesi zamanı Rövşən Abdullayev ittiham üzrə özünü qismən təqsirli hesab edərək  etdiyi əməldən peşman olduğunu bildirib. 

Məhkəmə istintaqı zamanı Abdullayevin öz müdafiəsi üçün gətirdiyi dəlillər yoxlanılarkən bir daha müəyyən edilib ki, bıçağın məhrumun əlində olması kimi ifadələr özünü müdafisə xarakteri daşımaqla öz təqsidini tapmayıb. 

Sonda məhəkəmnin hökmü ilə Rövşən Abdullayev CM-nin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

0.16854810714722