Bakıda 200 min manatlıq şirkət parçalanır

 

"İstilikenerjitikintiquraşdırma" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 22.09.2022-ci il tarixli qərarı ilə "İstilikenerjitikintiquraşdırma" ASC-nin tərkibindən "Rapid-R" və "Quick-M" MMC-lər ayrılmaqla yenidən təşkil edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə şirkətin elanında qeyd olunub.

"İstilikenerjitikintiquraşdırma" ASC tərkibindən "Rapid-R" və "Quick M" MMC-lərin ayrılması nəticəsində tərtib edilmiş təhvil aktları, bölünmə balanslarında göstərilən əmlakın, hüquq və vəzifələrin hüquqi varisidir.

"Rapid-R" və "Quick-M" MMC-lər isə "İstilikenerjitikintiquraşdırma" ASC-nin tərkibindən ayrılma nəticəsində yaradılmış və təhvil aktı, bölünmə balansında göstərilən əmlakın, hüquq və vəzifələrin hüquqi varisidir.

Qeyd edək ki, "İstilikenerjitikintiquraşdırma" ASC 07.02.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Niftiyev Ramazan Ələkbər oğludur. Şirkətin nizamnamə kapitalı 206,116 min manat, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev, ev 32-dir.

Könül
Demokratikmusavat.com

0.13775897026062