Türkiyədən bəzi məhsulların gətirilməsinə məhdudiyyət qoyulub?

 

Türkiyədən bəzi məhsulların ölkəyə gətirilməsində məhdudiyyətlərin olduğu iddia olunur. 

Demokratikmusavat.com ” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra paylaşımlar yer alıb. Bildirilir ki, bu məhsullara parfüm, vitaminlər, proteinlər, səs sistemləri, sprey və digər məhsullar daxildir. Karqo şirkətləri vasitəsilə sözügedən məhsulları sifariş edənlər onların gömrükdə qaldığını deyir.

Dövlət Gömrük Komitəsindən “Demokratikmusavat.com ”ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan tərəfidən sözügedən məhsulların idxalında hər hansı məhdudiyyət yoxdur.

“Vadi.az” adlı karqo şirkəti isə hazırda sözügedən məhdudiyyətin Türkiyə gömrüyü tərəfindən tətbiq edildiyini bildirdi: “Parfüm, səs sistemi, proteinlər, vitaminlər, qazlı spreylər, gözyaşardıcı qazlar, poverbanklar, səs ucaldanların ixracı ilə bağlı Türkiyə gömrüyü tərəfindən məhdudiyyətlər qoyulub və hazırda gətirilməsi mümkün deyil”. 

Şirkət sözügedən məhdudiyyətin ötən həftədən etibarən tətbiq edildiyini qeyd edib.

Bir sıra yerli karqo şirkətləri isə belə bir məhdudiyyətlə üzləşmədiklərini bildirirlər.  “Mover”, “Starex”, “Limak” şirkətləri hazırda yuxarıda qeyd olunan məhsulları sifariş etməyin mümkün olduğunu dedilər.

Könül
Demokratikmusavat.com

0.13446283340454