“Erkən nikah valideyni cinayətkar edir!”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə aksiyası keçirəcək.

“Demokratikmusavat.com ” xəbər verir ki, Komitə tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”, “Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib.

Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.

Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırıb.

0.1337149143219