İsveç Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazırdır.
"Demokratikmusavat.com" xəbər verir ki, bunu İsveç Krallığının xarici işlər naziri Ann Linde Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.
Gorüş zamanı Azərbaycanla İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib. C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.
İsveçli nazir mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib.