Sentyabr kimiyəm bu aralar...

 

43-cü payızımdayam,
Nə istiliyim bilinir, nə soyuqluğum.
Sadəcə içimə sınıb tökülən hıçqırıqlarım var.
Quşlarım köçüb, qanadım qırıq-qırıq,
Təsəllim alt-üst, inadım qırıq-qırıq.
Qapım döyülsə təəccüblənərəm.

Sentyabr kimiyəm bu aralar...
Alışmağa bir insan yox,
Dalaşmağa bir insan yox.
Dözməyə bir kimsəm yox,
Küsməyə bir kimsəm yox.
Arada payız var,
Bir də ayrılıq...
43-cü payızımdayam,
Demişdim deyəsən...

Sentyabr kimiyəm bu aralar...
Mövsüm doqquncu ayına hamilə.
Mən də əlimdə qayçı,
göbəyini kəsəcəm
doğulacaq son ümidimin.

Qapım döyülür deyəsən,
Gedim baxım?

Aybəniz Əliyar

Demokratikmusavat.com

0.049864053726196