Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək

 

Finlandiya hökuməti yaxın günlərdə Rusiya Federasiyası vətəndaşlarının istənilən Şengen vizası ilə turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edəcək.

"Demokratikmusavat.com" “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.

O əlavə edib ki, Rusiya vətəndaşlarının Finlandiyaya işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün girişinə icazə veriləcək.

Finlandiya XİN-dən bildirilib ki, hərbi xidmətdən imtina əcnəbinin sığınacaq üçün müraciət etməsi üçün əsas deyil.

0.1363799571991