Sərhəddə 3 mindən çox nəqliyyat vasitəsi növbə gözləyir

 

Rusiyanın Gürcüstanla sərhədindəki nəzarət-buraxılış məntəqəsində 2 mindən çox minik avtomobili növbə gözləyir.

"Demokratikmusavat.com"-ın xəbərinə görə, bu barədə Rusiya DİN məlumat yayıb.

Bildirilir ki, 2 mindən çox minik avtomobili Yuxarı Lars buraxılış məntəqəsindən keçmək üçün gözləyir.

Gürcüstana keçmək istəyən yük avtomobillərinin sayı 1300-ə çatır. Onlar sərhədi elektron növbə əsasında keçirlər.

Gürcüstandan Rusiyaya nəqliyyat vasitələrinin keçidində isə heç bir sıxlıq müşahidə olunmur.

0.13620495796204