Acun qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO

 

TV8-in sahibi, məşhur aparıcı Acun Ilıcalı keçirdiyi qəzadan sonra ilk dəfə görüntülənib.

"Demokratikmusavat.com" xəbər verir ki, İstanbul Sarıyerdə motosikleti ilə qəza keçirərək qolu qırılan və ötən gün əməliyyata alınan Ilıcalı dünən evə buraxılıb. Aparıcı onu vuran şəxsdən şikayətçi olmayıb, “hamımız səhv edə bilərik”, deyə açıqlama verib.

Xatırladaq ki, Acun motosikleti ilə əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub. Qəza zamanı motosikletdə qızı İlknur Banu Ilıcalı Ceyhun olub. Hadisədən dərhal sonra Acun və qızı xəstəxanaya çatdırılıb. Yüngül yaralanan Banu Ilıcalı müalicə alarkən, Acun əməliyyata alınıb. Qoluna platin taxıllan aparıcı dünən xəstəxanadan evə buraxılıb.

 

 

0.16223311424255