Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyə və Avropaya təbii qaz və neft daşıyan boru xəttinə Ukrayna kəşfiyyatının hücumunun qarşısını aldığını açıqlayıb.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə FSB-nin ictimaiyyətlə əlaqələr mərkəzi bildirir.
“Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti qaz kəmərinə qarşı terror aktı hazırlayıb. Hazırda təbii qaz kompleksində təxribat və terror aktları törətmək cəhdlərinin qarşısı alınıb”, - məlumatda qeyd edilir.
Açıqlamada Ukrayna kəşfiyyatına işləyən agentin və daha 4 nəfərin Rusiya vətəndaşı olduğu bildirilib. Bundan əlavə, onun kuratorla yazışmaları, söhbətləri və ünsiyyət vasitələri, partlayıcı qurğunun yığılma təlimatları və pul köçürmələrinin ələ keçirildiyi vurğulanıb.