TƏBİB qəzada xəsarət alanlarla bağlı məlumat yaydı

 

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

"Demokratikmusavat.com" TƏBİB-ə istinadən xəbər verir ki, baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

0.13511300086975