"Söz verirəm ki, Ukrayna qalib gələnə qədər..." - İngiltərənin baş naziri

 

“Böyük Britaniya Ukrayna Rusiyanı məğlub edənə qədər ona hərbi yardım göstərməyə davam edəcək”.

Demokratikmusavat.com İngiltərə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın baş naziri Liz Trass deyib. 
 “Ukrayna qalib gələnə qədər sakitləşməyəcəyik. Münaqişənin bu həlledici məqamında mən söz verirəm ki, biz Ukraynaya hərbi dəstəyimizi lazım olduğu müddətcə davam etdirəcəyik və ya artıracağıq”,- deyə o söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ukraynanın əks-hücum əməliyyatlarına baxmayaraq, Moskvanın Ukraynadakı hərbi fəaliyyətini dəyişmək niyyəti olmadığını bəyan etmişdi.

Billurə

 

0.16218614578247