Bayden BMT TŞ-nin üzvlərinin sayının artırılmasını dəstəklədi

 

ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır.

Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Bayden qeyd edib.

0.17098307609558