Azyaşlının polis tərəfindən döyülməsi ilə bağlı AÇIQLAMA

 

Yevlax rayon prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.

0.48227381706238