Ronaldu AVRO-2024-də oynamaq istəyir

 

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında oynamaq istəyir.

"Demokratikmusavat.com" xəbər verir ki, 37 yaşlı hücumçu daha bir neçə il yığmanın formasını geyinmək niyyətində olduğunu bildirib.

Təcrübəli forvard özünü motivasiyalı hiss etdiyini söyləyib: "Mənim ambisiyalarım var. Bu il dünya çempionatında oynayacağam və növbəti Avropa çempionatında iştirak etməyi planlaşdırıram".

Hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Ronaldu 2004, 2008, 2012, 2016 və 2021-ci illərdəki Avropa çempionatlarında, həmçinin 2006, 2010, 2014 və 2018-ci illərdə dünya çempionatlarında forma geyinib.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda Qətərdə gerçəkləşəcək. Portuqaliya H qrupunda Uruqvay, Qana və Cənubi Koreya ilə mübarizə aparacaq.

0.17854690551758