Almaniya Litvadadakı döyüş qrupunu gücləndirəcək

 

Bundesver (Almaniya Silahlı Qüvvələri) Ukraynada baş verən hadisələr fonunda NATO-nun şərq cinahını gücləndirmək məqsədilə Litvada daimi mövcudluğunu artıracaq və oradakı döyüş qrupunu gücləndirəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

“Slovakiyadakı qüvvələrlə yanaşı, Bundesver Litvada daimi mövcudluğunu artırmağı öhdəsinə götürüb və oradakı döyüş qrupunu gücləndirir", - Almaniya Müdafiə Nazirliyi bildirib.

Qeyd edilib ki, buraya Baltik dənizində hərbi-dəniz qüvvələrinin mövcudluğunun və NATO-nun Baltik regionundakı şərq cinahında hava patrullarının gücləndirilməsi daxildir.

Xatırladaq ki, sentyabrın 13-də Litva Müdafiə Nazirliyi bəyan edib ki, Almaniya və Litva Şimali Atlantika Alyansının briqadasını qəbul etmək üçün Litva ordusunun hərbi infrastrukturunun genişləndirilməsi layihələri üzərində birgə işləyirlər. Üstəlik, Vilnüs və Berlin silahların birgə tədarükü məsələsində də razılığa gələcəklər.

0.1352391242981