Makron: "Bizim vəzifəmiz AEBA-nın səylərini dəstəkləməkdir"

 

Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ukraynada nüvə insidentlərinin qarşısının alınmasında səylərini dəstəkləyir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Bizim vəzifəmiz nüvə təhlükəsizliyi üçün hərbi əməliyyatların nəticələrinin qarşısını almaq üçün AEBA-nın səylərini dəstəkləməkdir”, - Makron deyib.

O xatırladıb ki, agentliyin Ukraynaya missiyası bu yaxınlarda baş tutub və bunun ardınca müstəqil hesabat hazırlanıb.

"Nəticələri fəlakətli ola biləcək nüvə insidentləri riskinin qarşısını almaq üçün birlikdə çalışaq", - Makron qeyd edib.

0.22919893264771