“Gəmiqaya Holdinq”ə məxsus 12 şirkət nizamnamə kapitalını azaldır.
“Demokratikmusavat.com ”ın məlumatına görə, “Gəmiqaya Satış Mərkəzi”, “Gəmiqaya Kərpic Kompleksi” MMC-lər nizamnamə kapitalının 40 manata, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC 80 manata, “Gəmiqaya Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabrikası” MMC-lər 100 manata, “Gəmiqaya Ət Məhsulları”, “Gəmiqaya Şərab İstehsalı”, “Gəmiqaya Beton Məmulatları Kompleksi”, Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi” MMC-lər 60 manata, “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının Bərəkət Bazarlama”, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” MMC-lər 120 manata, “Gəmiqaya Qida Məhsulları” MMC 53,495 min manata azaldıldığını açıqlayıb.
Elana əsasən, kreditorlar tələblərini Naxçıvan şəhəri, N.Tusi küçəsi 5 ünvanına bildirə bilərlər.