Bacanağını öldürüb su arxına atdı - Qubadakı qətlin təfərrüatı

 

Qubada qohumunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Quba rayonunun Nügədi-Qazmalar kəndində baş verib.
Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Emin Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Nəsirov ifadəsində göstərib ki, 2011-ci ildı Günəş Mürsəliyeva ilə tanış olub və onunla qeyri-rəsmi yaşamağa başlayıb. Nemət Xəlilovu da həmin vaxtdan tanıyıb. O, da rəsmi nigahı olmadan  Mürsəliyevanın bacısı Cəmilə Mürsəliyeva ilə yaşayıb. Tüfeyli həyat tərzi sürməylə mütəmadi spirtli içki qəbul edib. 

Nemət onun arvadı, qayınanası və baldızını əxlaqsız sözlərlə təhqir edib. Bu səbəbdən Emin Neməti 2015-ci ilin yanvar ayından öldürmək istəyib. Arvadına qarşı işlətdiyi sözlərin qisasını almaq barədə düşünüb . Bakıda fəhləliklə məşğul olduğundan Quba rayonuna az-az gəlib və Xəlilovla rastlaşa bilməyib. 

Hadisə baş verən günü Nemət Günəşə zəng edərək yenədə anasının və digərlərinin ünvanına söyüşlər söyərək telefonu söndürüb. Bundan əsəbləşən Emin evdən bıçağı götürərək Nemətin fəhləlik etdiyi bağa tərəf qaçıb. Bir qədər getdikdən sonra qarşıdan 2 nəfərin gəldiyini görüb. Qaranlıqda onlardan birinin Nemət olduğunu dəqiqləşdiirib. Nemət az əvvəl telefonda dedikəri sözləri Eminin üzünə bildirdikdə bıçaqla sinəsinin sağ tərəfindən zərbə vurub. Zərbənin təsirindən Nemət yerə yıxılıb və hərəkətsiz vəziyyətdə qaldığını görüb onu itələyib su arxına atıb. Həmin vaxt onun yanında olan Cəmiləyə isə onu satmamasını bildirib. Soruşan olsa desin ki, Nemət özünə qəsd edib. 

Emin Nəsirov ifadəsinin davamında bildirib ki, hadisə yerindən təxminən 50 metr aralaşan kimi əlindəki bıçağı  boş torpaq sahəsinə tullayaraq evə qayıdıb. 

Hadisədən bir gün sonra isə Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi zamanı Emin Nəsirov ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə 33 yaşlı Emin Nəsirov 12 il müddətinə azadlıqdan məhrum olunub.

 

0.15524911880493