Etibar Əliyev: "Dövlətin külli miqdarda vəsaitini göz görə-görə talayırlar"

 

Millət  vəkili Etibar Əliyev yazır:

Millət vəkilləri də daxil olmaqla cəmiyyətimizin bütün təbəqələri qazilərimizə diqqət və qayğı göstərməyə çalışır. Bu bizim mənəvi borcumuzdur. Ancaq 227 saylı tam orta məktəbin direktorunun Qazi qardaşımıza qarşı etdiyi ədəbsizliyə diqqət edin.

Belə ki, Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət edib. Qazi E. Umarov məktəb direktoru Sevinc Hüseynovaya özünü təqdim edib: "Təəsüf ki, Müharibə iştirakçısı olduğumu deyəndə mənə "burada şou göstərmək lazım deyil" kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu münasibət zabit heysiyyatına toxundu. Ümumiyyətlə, Təhsil müəssisəsində vətəndaşlarla bu cür rəftar yolverilməzdir."
Direktor şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib. Qazi övladını evinin yanındakı məktəbə qeydiyyata aldıra bilməyib.

Mən dəfələrlə demişəm, indi də deyirəm Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 5-ci kalonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib. İdarənin işi korrupsiya və rüşvət əlindən iflic vəziyyətə düşüb. Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdirdikləri direktorlar (Məhəbbət Vəliyeva bu işdə öndə gedir) heç kimi, o cümlədən naziri də saymırlar. Bunu hamı bilir, Emin Əmrullayev bilmir? İndi diqqət edin: Məktəblərin dam örtükləri bərbad vəziyyətdə, əksər məktəblərin istilik sistemi bərbad vəziyyətdə, məktəblərin əksəriyyəti kompüter üzünə həsrət qaldığı bir vaxtda Mehriban Vəliyeva makler Fuad Babayevlə təyin etdirdikləri 30-40 direktorunu başlarına toplayıb Finlandiyaya turist səfərinə aparırlar. Dövlətin külli miqdarda vəsaitini göz görə-görə talayırlar. Elm və Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi belə rəhbər işçilər barədə ölçü götürülməməsi məni təəccübləndirir.

P.S. Dünən mənə telefon açan 18 saylı tam orta məktəbin bir müəllimi bu məktəbin direktoru Rəna Süleymanovanın özbaşınalıqlarından, məktəbdəki rüşvət faktlarından danışdı. Dəhşətə gəldim. Qeyd edim ki, adını çəkdiyim məktəbin direktoru Məhəbbət Vəliyeva qruplaşmasının əsas üzvlərindən biridir. Hələ Texniki - Humanitar liseyin direktoru Kəmalə Mirzoyevanı demirəm. Bütün kollektivə divan tutur. Adamı təəcüb bürüyür: XXI Əsrin məktəbi beləmi olmalıdır?

Demokratikmusavat.com

0.1348569393158