Putinin dünyanı idarə etmək iddiası ilə bağlı Kremldən açıqlama

 

Kremlin sözçüsü Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Prezidenti Vladimir Putin və çinli həmkarı Si Cinpinq görüşündən sonra Moskva və Pekin münasibətlərindən danışıb.

Demokratikmusavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Dmitri Peskov bu barədədünən "Rossiya 1" kanalında yayımlanan proqramdadanışıb:

 “Rusiya və Çin ikitərəfli münasibətlərini həyata keçirərkən bütün dünyaya hakim olmaq iddiasında deyillər.
 Əslində biz bilirik ki, başqa ölkələrdə də belə bir tendensiya var”, - Peskov heç bir dövlətin adını çəkmədən deyib.

Rusiya rəsmisi vurğulayıb ki, Rusiya və Çinin “ABŞ-dan qaynaqlanan müxtəlif təxribatçı hərəkətlərə” münasibətində “tam oxşarlıq” var.

Peskov əlavə edib ki, hər iki ölkə Vaşinqtonun sabitliyi pozan davranışını qəbuledilməz hesab edir.

Billurə

 

0.13013386726379