Rusiya Ermənistanla Azərbaycan arasında vəziyyətin normallaşmasına aparan praktiki addımları alqışlayacaq.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Sözdə deyil, əməldə, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar (Pelosinin İrəvanda Bakı əleyhinə bəyanatları nəzərdə tutulur – red.) həqiqətən bu normallaşmaya töhfə verə bilərmi? Zamanla hər şey aydın olacaq”, - Peskov vurğulayıb.