Araq almaq üçün pul tapmadı, atasını baltalayıb sonra isə... - Şamaxıdakı qətlin təfərrüatı - FOTO

 

Şamaxıda atasını öldürməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə baş verib. Rayon sakini Qadir Cahangirov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Arif Cahangirova balta ilə xəsarət yetirib.

Başından və bədənindən ağır zərbələr alan Arif Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı dünyasını dəyişib.

Cinayəti törədən Qadir Cahangirov atasını ağır vəziyyətdə gördükdən sonra özünədə xəsarətlər yetirib. O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Qadir Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu məlum olub.

İş üzrə dindirilən Qadir Cahangirov ifadəsində bildirib ki, 2012-ci ildə Qızı Mahirə intihar etdikdən sonra əsəbləri korlanıb. Həmin vaxtdan etibarən spirtli içkilərin aludəçisi olub. 

Hadisə baş verən günü oğlu, bacısı və arvadı işə getdikdən sonra evdə atası ilə gəlinləri qalıb. Saat 11-dən axşama qədər hissə-hissə araq içib. Axşam arvadına yaxınlaşaraq araq almaq üçün ondan 1 manat pul istəyəndə o, səhər qızının yanına Bakıya gedəcəyi üçün ona pul verməyib. Bu zaman atası yaxınlaşıb qurban bayramı günü araq içdiyinə görə onu danlayıb. Budan əsəbləşən Qadir atasını əli ilə itələyib. 

Qadir Cahangirov ifadəsinin davamında bildirib ki, atası həyətdən əlinə nəsə götürüb üstünə gəldikdə Qadir balta götürmək üçün tez daxmaya qaçıb. Bacısı qarşısını kəsəndə onu itələyib yerə yıxıb və girişlə üzbəüz olan yerdən odun doğramaq üçün baltanı alıb. Qapıdan təxminən yarım metr aralıda dayanmış atasının başına xəsarət yetirib. Vurduğu zərbənin təsirindən atası yerə yıxılıb. Bundan sonra yardımlı tikiliyə qayıdaraq özünə xəsarətlər yetirməyə başlayıb və artıq xəstəxanada ayılıb. 

Qadir Cahangirovun sozlərinə görə atası həmişə onun spirtli içki içməyinə qarışıb. Həmin gündə atası onu sərxoş vəziyyətdə görüb əsəbləşdiyi üçün ona balta ilə xəsarət yetirib.

Baltanı götürməkdə məqsədi özünü öldürmək olub. Atası ilə aralarında xırda mübahisələri olsa da onu heç vaxt öldürmək fikrində olmayıb. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu vurğulayıb. 

Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədən zərərçəkmiş şəxsə ədalətli qərar verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Qadir Cahangirov 17 il müddətinə azadlıqdan məhrum olunub.

0.1584780216217