Dəfn öncəsi kral ailəsindən şahzadə Harri açıqlaması

 

Kraliçanın dəfn mərasimi üçün xüsusi icazə verilən və hərbi formasını geyə bilən Şahzadə Harri ilə bağlı iddialar yayılmaqda davam edir.

"Demokratikmusavat.com" xarici KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir ailəsi ilə münasibətləri soyuq olan Harri nənəsi Kraliça II II Elizabetin ölümündən sonra ölkəsinə qayıdıb və ailəsi ilə aralarındakı buzlar əriməyə başlayıb.

İngilis mətbuatı Harrinin Elizabetin ölümündən xəbərdar olan sonuncu şəxs olduğunu iddia etmişdi.

Sözügedən xəbərdə Eizabetin ölümü barədə Harriyə ictimaiyyətlə paylaşılmasından cəmi 5 dəqiqə əvvəl məlumat verildiyi bildirilib.
Britaniya kraliça II Elizabetin dəfnindən əvvəl kral ailəsi şahzadə Harri ilə bağlı iddialara münasibət bildirib.

“Daily Mail”in yazdığına görə, açıqlamada kraliçanın dəfn mərasimi ərəfəsində belə iddiaların ortaya çıxması böyük bir hörmətsizlik kimi qiymətləndirilib.
"İctimaiyyət yalnız hər bir ailə üzvünə xəbər verildikdən sonra məlumatlandırılıb" - məlumatda qeyd edilib.

Qəzet Harrinin kraliçanın ölümündən əvvəl vidalaşmağa çatmamasının Harrinin həmin vaxt təyyarədə olması ilə əlaqəli olduğunu bildirib.

Qeyd edək ki, 2020-ci ilin fevralında kəskin qərar verən, Kral Dəniz Piyadalarının kapitanı da daxil olmaqla bütün rəsmi vəzifələrindən istefa verən, kral ailəsini tərk edərək, həyat yoldaşı ilə yeni həyata başlamaq üçün ABŞ-a köçən Şahzadə Harri o vaxtdan bəri kral ailəsinin tədbirlərində o qədər də görünmür. 

Billurə

 

0.14229989051819