Avstraliyada başına pul qoyulan dəstə lideri qaçaraq sığındığı Türkiyədə öldü

 

Avstraliyada cinayət şəbəkəsi olan “Alameddine” qrupunun məşhur adlarından biri olan Murat Galasinin tutulması üçün polis tərəfindən mükafat elan olunub.

Musavat.com xəbər verir ki, qaçaraq Türkiyəyə sığınan Murat Galasi burada dünyasını dəyişib.

İdman zalında məşq edərkən ürək tutmasından dünyasını dəyişən Galasinin 2021-ci ilin dekabrında Sidneydə sui-qəsddən sağ çıxdığı qeyd olunur. Galasinin məşq zamanı infarkt keçirdiyi bildirilib.

Avstraliya və İngiltərə mətbuatında yer alan xəbərlərə görə, cinayət təşkilatının öndə gedən adlarından biri olan Galasi ölkədə polis tərəfindən ən çox axtarılan adlardan biri olub. O qədər ki, Avstraliya polisi Galasinin başına mükafat qoyub.

Britaniyanın “The Daily Telegraph” qəzeti Galasinin Livandan Türkiyəyə keçdiyini yazıb.

0.14156579971313