Tacikistan Qırğızıstanı ittiham etdi

 

Tacikistan hökuməti Qırğızıstan tərəfini sərhəd bölgəsində gərginliyi artıraraq Düşənbəyə qarşı informasiya kampaniyası aparmaqda ittiham edib.

"Demokratikmusavat.com"  xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Son günlər Qırğızıstan tərəfi qonşusunda “təcavüzkar” obrazını yaratmaq üçün açıq-aşkar yalan və eyhamlardan çəkinmədən Tacikistana qarşı informasiya kampaniyasını davam etdirir. Bununla da sərhəd bölgəsində gərginliyi artırır və Qırğızıstan prezidenti sentyabrın 17-də xalqa müraciətində Tacikistana münasibətdə dostluq və mehriban qonşuluq ruhuna uyğun gəlməyən “düşmən” sözünü işlədir”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, tərəflər arasında baş verən silahlı toqquşma nəticəsində hər iki tərəfdə mülki infrastruktura ciddi ziyan dəyib, ölən və yarananlar var.

0.13326501846313