Artıq ödənilmiş vergi məbləği vergiödəyicisinə necə qaytarılır?

 

Vergi Məcəlləsinə əsasən, hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergiödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Demokratikmusavat.com Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Məcəllədə başqa hallar müəyyən olunmayıbsa, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergiödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergiödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə" ilə müraciət etmək mümkündür.

0.54981589317322