Ermənistanda KTMT əleyhinə nümayişlər keçirilir

 

Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir.

"Demokratikmusavat.com" xəbər verir ki, etirazçılardan biri, sosioloq Karen Sarkisyan etirazçıların hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istədiklərini bildirib.

“Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”.

Etiraz aksiyalarında “Sasna Tsrer” (Sasun dəlibaşları) adlı yarımhərbi qruplaşmasının radikal siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edir.

Qeyd edək ki, 2016-cı ilin yayında İrəvanda polis alayına məhz bu qruplaşmanın silahlıları hücum etmiş, nəticədə 3 polis həlak olmuşdu.

0.13626003265381