Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı

 

Avdiivka istiqamətində Ukrayna mövqelərinə hücum zamanı Rusiya ordusu ağır itkilər veriblər.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahının səhər xülasəsində deyilir.

Qeyd olunur ki, Rusiya qoşunlarının 1-ci Ordu Korpusundan hər gün 30-dan çox insan tibb müəssisələrinə qəbul olunur.

Eyni zamanda bildirilir ki, Rusiya ordusu istənilən yolla itki vermiş bölmələrin döyüş qabiliyyətini bərpa etməyə çalışır.

0.46913409233093