Kral Çarlz eşitdiyi sualdan sonra dərhal ərazidən uzaqlaşdı

 

İngiltərə kraliçası Elizabetin ölümündən sonra başlayan mərasimlər 10 gündür davam edir. 

"Demokratikmusavat.com" xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə kralı Çarlz Kraliça Elizabetin ölümündən sonra Uelsdə toplanan izdihamla görüşüb.

Kral Çarlz cəsədi görməyə gələn izdihamla əl sıxıb və başsağlığı diləklərini qəbul edib.
Monarxiyanı sorğulayan kütlədən biri, çağırdığı İngiltərə kralına artan enerji ödənişlərinə görə sərt reaksiya verib.
 “Evlərimizi qızdırmaq üçün mübarizə apararkən sizin parad pulunuzu ödəməliyik” sözlərini deyib.

Bu zaman Çarlzın cangüdəni dərhal müdaxilə edsə də, kütlə arasındakı şəxs çıxışına davam edib:
 "Vergi ödəyiciləri sizin üçün 100 milyon funt sterlinq ödəyirlər. Nəyə görə?",- deyə o sual edib. 

Sualı cavabsız qoyan kral Çarlz həmin ərazini tərk edib.

 

0.13981604576111