Yerli sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azsığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verdiyi icazənin ləğv edilməsi yolu ilə şirkətin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Bu barədə “Demokratikmusavat.com "a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında qəbul edilib.

Həmçinin Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir və sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatana qədər və yaxud onlara Mülki Məcəllənin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənə qədər yerinə yetirməlidir.

0.13863396644592