Dünya birjalarında neft qiymətləri artıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,25 dollar və ya 0,28% artaraq 91,09 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,13 dollar və ya 0,15% artaraq 85,23 dollar təşkil edib.