Gənclər arasında Azərbaycan birinciliyi təxirə salındı

 

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

"Demokratikmusavat.com" xəbər verir ki, bu səbəbdən 15-16 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi təxirə salınıb. Yarışın nə vaxt, harada təşkil olunacağı barədə məlumat veriləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

0.11552500724792