Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ

 

Davamlı sülh və sabitlik istəyiriksə Ermənistan təxribatlardan əl çəkməlidir.

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Diplomatik müxbirlər toplantısında çıxışı zamanı Ermənistanın təxribat xarakterli hərəkətlərinə mövqeyini açıqlayarkən deyib.

“Ermənistan zaman-zaman təxribat törətməkdə davam edir. Təbii ki, Azərbaycanın buna cavab verməməsi mümkün deyil. Biz burada davamlı sülh və sabitlik istəyiriksə, Ermənistan təxribatlardan əl çəkməlidir”, - nazir qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.22960209846497