Türkiyə rəsmisi terrorçuluğun sponsoru olan dövlətlərə XƏBƏRDARLIQ edib

 

"Qoynunda ilan bəsləyən dövlətlər terror bəlasının özlərinin də başına gələcəyini anlamalıdır”.

"Demokratikmusavat.com"-ın xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə onun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasiminə ünvanladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, Türkiyə bölgədə mühüm güc olmaqla sabitliyin və dayanıqlığın davamlı olması üçün ciddi addımlar atır.

0.12897491455078