İran dövlət televiziyası Kraliçanı aşağıladı - Narazılıq

 

İran dövlət televiziyası İngiltərədə 70 illik hakimiyyətindən sonra cümə axşamı dünyasını dəyişən Kraliça II Elizabeti Adolf Hitlerə bənzədib.

Demokratikmusavat.com xəbər verir ki, İranın dövlət televiziyası “Kanal 1”-də danışan Tehran Universitetinin akademiki Foad İzadi Kraliça II Elizabeti Hitlerə bənzədib.

“70 il hakimiyyətdə olan kraliça mənə Hitleri xatırladır. Bu adamın mühakimə olunmadan, cəzalandırılmadan və törətdiyi cinayətlərin əvəzini almadan öldüyünə görə kədərlənməliyik”,-akademik bildirib.

İzadi söyləyib ki, Kraliça məşhur imperialist, müstəmləkəçidir və Britaniya ordusunun dünya miqyasında təcavüzü onun adı altında həyata keçirilir.

Ətraflı
“Bəzi ABŞ prezidentləri kimi Kraliça da yaddaşımızda müstəmləkəçi biri kimi qalıb. Milyonlarla günahsız insanın ölümünə görə kraliça məsuliyyət daşıyır. O, Hitler kimi. ötən əsrin ən qəddarlarından biri olub və heç vaxt məhkəmə qarşısına çıxarılmayıb”,-iranlı alim əlavə edib.

İranın bu münasibəti ingilislərin kəskin reaksiyasına səbəb olub. Britaniya mediası İran televiziyasının bu sözlərini “qalmaqal” kimi qələmə verib. Qısa müddətdə bu mövzu sosial şəbəkələrdə qızğın müzakirəyə çevrilib, ingilislər ayağa qalxıb. Bir çoxları İrandan rəsmi cavab tələb edib.(Teleqraf.com)

0.14765000343323