Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

 

"Lans"dan ayrıldıqdan sonra Belçika çempionatı və Liqa 1-dən təklif almışdım. Amma bu, maddi planda kluba, layihə olaraq mənə uyğun deyildi. Sonra isə "Qarabağ" variantı ortaya çıxdı".

Demokratikmusavat.com xəbər verir ki, bunu fransalı futbolçu Abdullah Zubir "Qarabağa"a keçidi barədə ölkəsinin mətbuatına müsahibəsində deyib.

31 yaşlı hücumameylli yarımmüdafiəçi əvvəlcə təklifə razılıq verməkdə tərəddüd etdiyini bildirib: "Çünki klubu ümumiyyətlə tanımırdım. Sadəcə, Çempionlar Liqasının qrupunda oynadığını bilirdim. Daha sonra mənə orada oynayan Əlharbi Əl Jadeyuinin nömrəsi verildi. Dedi ki, mənə güvən və bu komandaya keç".

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin iyunundan "Qarabağ"da çıxış edir.

0.11960697174072