Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

 

Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rza Kayaalp Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanıb.

"Demokratikmusavat.com" xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Amin Mirzəzadə ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Sonuncu xal prinsipi ilə qalib gələn 33 yaşlı güləşçi 5-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, Rza Kayaalp bu nəticə ilə ölkəsində yunan-Roma güləşinin tarixinə düşüb.

0.12898993492126