Mikayıl Cabbarov: “İsrail Azərbaycanın on əsas ticarət tərəfdaşlarından biridir”

 

“İsrail Azərbaycanın on əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin 7 ayının göstəricilərinə əsasən, ticarət dövriyyəmizdə 2 dəfədən çox artım qeydə alınıb”.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayil Cabbarov Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.

“Həmsədirlik etdiyim Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiya əlaqələrimizin inkişafından həlledici platforma olmaqla digər sahələrlə yanaşı, əməkdaşlığımızın genişlənməsinə öz töhfəsini verir. Artıq 29 ildir ki, İsrail dövlətinin ölkəmizdə səfirliyi fəaliyyət göstərir və ikitərəfli münasibətlərin şaxələnməsində, dərinləşməsində əhəmiyyətli rol oynayır. 2021-ci ildə isə İsraildə Azərbaycanın turizm və ticarət nümayəndəlikləri açılıb. Bunlarla yanaşı, İsrailin rəsmi və işguzar nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri həyata keçirilir, məhsuldar müzakirələr aparılır. Bu il Azərbaycan-İsrail Ticarət Palatasının üzvləri ilə dəyirmi masa, həmçinin Azərbaycan-İsrail biznes forumu təşkil edilib. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını azad etməsi yeni reallıqlar, regional və beynəlxalq əməkdaşlıq üçün yeni fürsətlər, imkanlar yaradıb. İsrail şirkətlərini də bu imkanlardan yararlanmağa dəvət edirik. İnanırıq ki, Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək”, - o deyib.

0.14544987678528