Andrey Yermak: "Ukrayna NATO-ya üzvlük istəyinə nail olacaq"

 

"Ukraynanın NATO-ya üzvlük məqsədi birmənalıdır və istəyinə nail olacaq. Bu, bizim konstitusiyamızda da qeyd olunub, heç vaxt dəyişməyəcək".

Demokratikmusavat.com "Report"a istinadla xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bu gün keçirilən mətbuat konfransında Ukraynanın təhlükəsizliyinə dair müqavilə ilə bağlı tövsiyələr təqdim edilərkən bildirib.

"Bu gün bununla bağlı nümayiş etdirdiyimiz sənəd, ümid edirəm ki, NATO-ya üzv ölkələr arasında indiyə qədər olan fərqli fikirləri dəyişdirəcək. Ukrayna NATO-a üzv olmaqla daha da güclənəcək. Sənəddə elə müddəalar qeyd olunub ki, gələcəkdə hər hansı bir sanksiya Ukraynanın NATO-ya üzvlük məsələsinin ratifikasiyasının qarşısını ala bilməyəcək. Onsuz da hamımız bilirik ki, zərurət yarandığı halda NATO üzv ölkələrinin birgə konsultasiyası olmadan heç bir yerə müdaxilə etmir", - Yermak deyib.

Qeyd edək ki, Ukraynada gedən müharibənin ilk aylarında Prezident Volodimir Zelenski NATO-ya üzv bəzi ölkələrin laqeydliyinə reaksiya olaraq ölkəsinin bu təşkilata daxil olmasının artıq prioritet olmadığını bildirmişdi.

0.15551900863647